
“Azərbaycanla daim təmasdayıq. Zəngəzur dəhlizinin açılması Türk Dövlətləri Təşkilatına mühüm töhfə verəcək”.
yasamal.tv xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) logistika forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, Cənubi Qafqazdakı normallaşma prosesi ilə bağlıdır.