Bakıda 14 yaşlı qız evlənmək məqsədilə qaçırılıb

12

yasamal.tv xəbər verir ki, Mirvari Tofiq qızı Eminova sentyabrın 10-da Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 2009-cu il təvəllüdlü qızının itkin düşməsi barədə məlumat verib.

O bildirib ki, 14 yaşlı qızı Binəqədidə yaşadıqları evdən naməlum istiqamətdə gedib, bir daha geri qayıtmayaraq itkin düşüb.

Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib. Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin