Yüksək Liqada yarışacaq komandalar məlum oldu

10

Futzal üzrə Yüksək Liqanın 2023-2024-cü il mövsümündə iştirak edəcək komandaların adları dəqiqləşib.

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Yasamal-Baku” və “Record club” komandaları çempionluq adı uğrunda yarışacaqlar.

yasamal.tv xəbər verir ki, məlumatı federasiyanın mətbuat xidməti yayıb.

Mövsümə sentyabrın 26-da start veriləcək. Dairəvi sistemlə keçiriləcək yarış 4 dövrədən ibarət olacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin