“Neftçi” paraqvaylı futbolçunu transfer edib

14

“Neftçi” paraqvaylı futbolçu Dieqo Qabriel Valdes Samudionu transfer edib.

yasamal.tv xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı oyunçu “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dieqo Valdesin son klubu ölkəsində “Qvayrenya” olub. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə Paraqvay millisinin heyətində meydana çıxıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin