
Artıq 22 il keçməsinə baxmayaraq, qanunlarla vətəndaşlara dövlət öhdəliyi kimi vəd olunmuş xalqa məxsus 65% miras əmlak payları 12 ildir Konstitusiya və qanunlara, beynəlxalq hüquqa zidd olaraq ancaq pulla satılır. Halbuki ötən əsrin 90-cı illərin ikinci yarısında Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxıldı. Həmin dövrdə bu çeklərin vətəndaşların haqqı olduğu qeyd edilir və hər bir vətəndaşın bu çeklərlə özəlləşdirmədə iştirakı nəzərdə tutulurdu. Özəlləşdirmə çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildikdən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil.
Özəlləşdirmə çekləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər aşağıdakı linkə klikləyərək, “Özəlləşdirmə çekləri” qrupuna üzv ola bilərlər:
https://m.facebook.com/groups/668471343515846/posts/1577668382596133/
Mövzu ilə bağlı sabiq deputat Gülər Əhmədova yasamal.tv-a açıqlamasında bildirib ki, vətəndaşlara paylanılan özəlləşdirmə çekləri onların özlərinin və ata-babalarının halal haqqıdır:
“2011-ci ildə qanunvericiliyə zidd şəkildə tədavül müddətinin başa çatması ilə dəyərsiz kağız parçasına çevrilən özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qaytarılması günün aktual məsələlərindən biridir. Özəlləşdirmə çekləri vətəndaşlara qanunla verilib, onların hüquqlarının təminatçısı birbaşa Konstitusiya və müvafiq qanundur. Hüquqşünas alimlərin elmi-praktik araşdırmasından məlum olduğu kimi, fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər. Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır. Hüquqşünaslara görə, Konstitusiya və qanunlarımıza əsasən vətəndaşların mülkiyyət hüququnun məhdudlaşdırılması və ya dövlət tərəfindən əldə olunması yalnız qanun və qanunun göstərdiyi əsaslarla məhkəmə qərarı ilə həyata keçirilə bilər. Bu baxımdan dövlət özəlləşdirmə çeklərinin daha sonra qəbul olunan fərmanlarla tədavüldən çıxarılması və istifadəsinin məhdudlaşdırılması vətəndaşların əlindən alınması mənasına gəlir. Bu isə onların mülkiyyət hüquqlarının pozulması, başqa sözlə, Konstitusiya və qanunların pozulması mənasını ifadə edir. Özəlləşdirmə çeklərinin kompensasiya ödənmədən fərmanla dövriyyədən çıxarılması Konstitusiya və qanunlara zidd məsələdir. Heç kim Konstitusiyaya zidd olaraq, qanunla vətəndaşlara verilən özəlləşdirmə çekləri ilə bağlı onların hüquqlarını, o cümlədən dövlət öhdəliklərini poza bilməz.
Hüququn bütün dünyada qəbul edilən universal qaydasına görə, əgər bir şəxs öz mülkiyyətində olan əmlakın bir hissəsini istər əvəzli, istərsə də əvəzsiz qaydada başqa şəxsin mülkiyyətinə verirsə, həmin hissə üzərində əldə edən şəxsin mülkiyyət hüququ əmələ gəlir. Belə olan halda deyə bilərik ki, dövlət özəlləşdirmə payları Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz qaydada verilmiş əmlak hissəsi (əmlak payı) üzərində onun mülkiyyət hüququnu təsdiqləyən sənəddir. Onu da qeyd edim ki, özəlləşdirmə çekləri barədə cinayətləri təsdiq edən 2022-2023-cü illərdə yazılmış 4 elmi-praktiki məqalə Dövlət Ali Atestasiya Komissiyasının nəzarətində olan “Qanun” jurnalında bir neçə ekspert və 10-dan çox hüquqşünas-alimin rəyi əsasında hazırlanıb”.
Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis Asif İbrahimov isə vurğulayıb ki, o vaxtı proses düzgün şəkildə aparılmadı və əksər insanlar bu çeklərin mahiyyətini anlaya bilmədi:
“Vətəndaşların hüququnu bərpa etmək üçün özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması ilə bağlı yeni qaydalar tətbiq olunmalı və vətəndaşlara ödənəcək kompensasiyanın mexanizmi müəyyənləşməlidir. Mövcud şəraitdə prosesi yenidən başlatmaq lazımdır ki, vətəndaşlar hansı bölgələrdə müəssisələrin özəlləşdirməyə açıq olduğunu bilsinlər və daha sonra pay sahibi ola bilsinlər. Nəzərə alaq ki, özəlləşdirmə çekləri ilə bağlı proses tamamlanmayıb. Çekləri əlində qalan şəxslərin siyahısı tərtib olunmalıdır. Əvvəlki illə müqayisədə çeklərin hazırkı gedişata uyğun qiymətləndirilməsi aparılmalıdır. İqtisadi nöqteyi-nəzərdən özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması yerli və xarici investorların cəlb edilməsinə stimul verə bilər. Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu birmənalı olaraq hamı tərəfindən qəbul olunur. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Əmlak Komitəsinin 222 nömrəli əmri ilə götürdükdə son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər”.
Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:
https://www.facebook.com/411723382563138/posts/1365259420542858/
Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:
file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf
Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb: