Naxçıvanda keçiriləcək festival istilərə görə təxirə salınıb

16

Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

yasamal.tv xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Xatırladaq ki, son günlər Azərbaycanda havanın temperaturu artıb və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin