
Səudiyyə Ərəbistanı İdman Nazirliyi 2030-cu ilə qədər transferlər üçün klublara 19, 7 milyard avrodan çox vəsait ayırıb.
yasamal.tv xəbər verir ki, bu barədə jurnalist Ben Jacobs “Tvitter” hesabında yazıb: “İdman Nazirliyi Səudiyyə Ərəbistanı çempionatı klublarının 2030-cu ilə qədər transferləri üçün 17 milyard funt sterlinq (19,7 milyard avro) ayırıb”.
Daha əvvəl “Əl-Hilal”ın hücumçu Kilian Mbappe üçün PSJ-yə dünya futbolu üçün rekord 300 milyon avro təklif etdiyi barədə xəbərlər yayılıb. Səudiyyə klubu bir illik müqaviləyə görə fransalı oyunçunun özünə 700 milyon avro ödəməyə hazırdır.