
BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizov Türkiyə, Moldova və Ukraynada rəsmi səfərdə olub.
yasamal.tv xəbər verir ki, səfər zamanı Ukraynanın Kiyev şəhərində “Beynəlxalq Zaparoji Kazaklari” təşkilatının idarə heyətinin qərarı ilə Mirdaməd Əzizova təşkilatın Fəxri General-Mayoru rütbəsi verilib. Təşkilatın forma və paqonları idarə heyətin sədri Hetman Marşal Yaroslav Balçuk tərəfindən Mirdaməd Əzizova təqdim olunub.
Mirdaməd Əzizov da öz növbəsində təşkilatın idarə heyətinə və bütövlükdə, Ukrayna dövlətinə təşəkkürünü bildirib. O həmçinin Azərbaycan-Ukraniya dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini nəzərə çatdırıb.

