Araz-Naxçıvan futbol klubunun yeni loqosu təqdim olunub

14

Futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.

Naxçıvan təmsilçisindən verilən məlumata görə, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından olan Haça dağı, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.

Buraya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da əlavə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin