“Mbappe Fransadan ayrılmalıdı” – Modriç

10
“Real”ın yarımmüdafiəçisi Luka Modriç PSJ-nin hücumçusu Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
 
Fanat.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, xorvat futbolçu Mbappenin Fransadan ayrılmalı olduğunu düşünür:

 

“Mbappe dünya futbolunda hökmranlıq etmək üçün lazım olan bütün özəlliklərə sahibdi. Amma mən düşünürəm ki, keyfiyyətli sıçrayış üçün o, başqa çempionata keçməli, qələbələri asanlıqla qazana bilməyəcək komandada çıxış etməlidi”.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. 2019-2020 mövsümündə 33 matçda meydana çıxan fransızın aktivində 30 qol, 17 məhsuldar ötürmə var.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin