“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb

13

Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

yasamal.tv xəbər verir ki, bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr “mavi yanacaq” və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.

Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin