Ukraynada koronavirusa yoluxanların sayı 3000-i ötdü

17

Ukraynada daha 325 nəfərdə koronavirus aşkarlanıb.

yasamal.tv xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şərqi Avropa ölkəsində qeydə alınan koronavirus hallarının sayı 3 102 nəfərə çatıb. Ölkədə COVID-19-dan ölənlərin sayı 93, sağalanların sayı isə 97 nəfərdir.

Yoluxma faktlarının böyük hissəsi paytaxt Kiyevdə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 854 000-i ötüb. Bunların 427 896 nəfəri sağalıb, 114 291 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin