Tahir Mirkişili: “Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir”

13

Azərbaycanda “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklər sərnişin və yük daşımaları sahəsində icazənin təkmilləşdirilməsinə xidmət edir.

yasamal.tv xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Yeni mexanizmdə daşıyıcılara buraxılış vəsiqəsinin, onun istifadəsində olan nəqliyyat vasitələrinə isə buraxılış kartının verilməsi təklif olunur, icazələrin verilməsi üçün tələb olunan sənədlər və məlumatlar dəqiq müəyyən edilir, icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilir. Yeni mexanizmdə icazə olmadan fəaliyyət göstərmək qadağan edilir, taksilərin və avtobusların daxili və xarici tərtibatının uyğunluğuna nəzarət mexanizmi yaradılır. “Fərqlənmə nişanı” yalnız fiskal alət rolunu yetirəcək”, – deyə o qeyd edib.

T.Mirkişilinin sözlərinə görə, yenilənmiş qanunda həmçinin “taksi sifarişi operatoru” anlayışı verilir, göstərdiyi xidmətin mahiyyəti dəqiqləşdirilir: “Fərdi məlumatlar haqqında” qanuna riayət edilməsi vəzifəsi müəyyən edilir. Buraxılış kartı olmayan daşıyıcıya və yaxud sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan olunur. Hər bir taksi sifarişi üzrə adsızlaşdırılmış məlumatların, iş və istirahət rejiminə nəzarət məqsədi ilə sürücü barədə məlumatların Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin informasiya sisteminə real vaxt rejimində ötürülməsi vəzifəsi müəyyən edilir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin