
Nyu-York sakini olan 71 yaşlı təqaüdçü 476 milyon dollarlıq cekpot udub.
yasamal.tv xəbər verir ki, bu, lotereyanın 2002-ci ildə istifadəyə verilməsindən bəri ən böyük məbləğdə uduşdur.
71 yaşlı Conni Taylor bildirib ki, ona böyük pullar qazandıran bileti tez-tez lotereya aldığı mağazadan əldə edib.
“Həyat yoldaşıma cekpotu udduğumu deyəndə, o, mənə sadəcə inanmadı. Əslində indi də hər şey qeyri-real görünür”.
Təqaüdçü udduğu pula özünə yeni ev alacağını, dünyanı gəzəcəyini və yerli kilsəyə ianə verəcəyini bildirib.