Şəmkirdə kütləvi dava: 2 qardaş döyülüb

14

Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb.

yasamal.tv-ın məlumatına görə, rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzəyev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onların xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin