Valideynlik hüquqlarından məhrumetmə

16

Şəxs Valideynlik hüquqlarından  hansı hallarda məhrum edilir?

Ailə Məcəlləsinə görə valideynlər (onlardan biri) öz valideynlik vəzifələrini yerinə yetirmədikdə,

alimenti qəsdən ödəmədikdə,

heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, 

valideynlik hüquqlarından sui-istifadə etdikdə,

uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə,

xroniki alkoqol və narkomaniya xəstəsidirsə,

uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə,

uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını itirirlər.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək, aliment ödəmək vəzifələrindən azad edilmirlər.

Vəkil Hacıyeva Səbirə Sabir qızı
Bakı şəhəri 19 saylı vəkil bürosu

0504219644

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin