Azərbaycanın sığorta bazarı 30 % böyüyüb

12

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 467,53 milyon manat sığorta haqqı toplanılıb.

yasamal.tv Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,3 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 134,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,1 % çoxdur.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 28,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin