Ukraynada hava xəbərdarlığı elan edilib

15

Bazar günü gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.

yasamal.tv xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində məlumat verilib.

Bildirilib ki, sirenalar Bakı vaxtı ilə saat 04:42-dən başlayıb. Bundan əvvəl Ukraynanın cənubunda, şərqində və mərkəzi hissəsində hava həyəcanı elan edilib.

Xatırladaq ki, daha öncə Ukrayna mətbuatı Ternopil və Xersonda partlayışlar barədə məlumat yayıb. Partlayışların hansı obyektlərdə eşidildiyi açıqlanmayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin