
Türkiyənin Adana şəhərinin Pozantı rayonunda 2-si polis maşını olmaqla 12 avtomobil toqquşub.
yasamal.tv-ın məlumatına görə, zəncirvari qəzada ölən və yaralananlar var.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər göndərilib. Zərərçəkənlərin sayı açıqlanmır.
Magistral yol qəza ilə əlaqədar bağlanıb.