
Nikah pozularkən ər-arvad arasında ən çox yaranan mübahisə əmlakın bölünməsi barədə olur.
Bəs hansı əmlak tərəflər arasında bölünür?
Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Beləliklə, nikah pozularkən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak bölünür və həmin əmlaklar aşağıdakılardır:
1.Ər-arvadın əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər;
2.Alınan pensiya və müavinətlər;
3.Əmək qabiliyyətinin itirilməsinə görə ödənilən maddi yardımlar;
4.Ümumi gəlirlər hesabına əldə edilən daşınar və daşınmaz əşyalar;
5.Qiymətli kağızlar;
6.Kredit idarələrinə və kommersiya təşkilatlarına qoyulmuş paylar;
7.Əmanətlər, kapitaldan olan paylar və s.
Qeyd olunanlar ər-arvaddan hansının əldə etməsindən, kimin adına əldə olunmasından və kimin adına və kim tərəfindən qoyulmasından asılı olmayaraq tərəflər arasında bölünür.
Vəkil Hacıyeva Səbirə Sabir qlzı
Bakı şəhəri 19 saylı vəkil bürosu
Əlaqə: 0504219644