Biləsuvarda 18 yaşlı gənc bıçaqlanıb

12

Biləsuvar rayonunda 18 yaşlı gənc bıçaqlanıb.

yasamal.tv-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü İ. İsayev bud və qarın nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb. Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.