«Aran Media GROUP»-un rəhbərliyi ilə «Texnologiya 10010 test toplusu»-nun təqdimat mərasimi keçirilib

13

SAĞLAM RUH,SAĞLAM CƏMİYYƏT, SAĞLAM GƏLƏCƏK NAMİNƏ

    «Aran Media Group» -un rəhbərliyi ilə bu günlərdə Altus hoteldə Heydər Əliyevin 100 illiyinə həsr olmunmuş Diana  Həsənovanın müəllifi olduğu «Texnologiya 10010 test toplusu»-nun təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil işçiləri- məktəb direktorları, müəllimlər, tələbələr, iş adamları, həmçinin incəsənət xadimləri  işrtirak ediblər. Dövlət Himni səsləndirildikdən sonra çıxış edən «Aran Media Group»-un direktoru, «Aran Media»qəzetinin baş redaktoru, «Texnologiya 5555 və 10010 teat toplusu»-nun layihə rəhbəri Şeyda Əzizqızı  qonaqları salamlayaraq Heydər Əliyev ilinə həsr edilmiş tədbirin mahiyyətini, gənc kadrların inkişafında kitab, test  vəsaitlərinin rolunu xüsusi  vurğulayıb: «Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin munnərdarlıq hissi ilə qeyd olunur. Məhz, bu baxımdan «Aran Media» İnformasiya Agentliyi olaraq  ölkədə və dünyada baş verən hadisələri işıqlandırmaqla bərabər müxtəlif layihələrə  imza atırıq. Bu gün burada Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə hərsr olunmuş Diana Həsənovanın müəllifi olduğu «Texnologiya 10010 test toplusu»-nun təqdimatına yığışmışıq. Bu layihəni və təşkilati dəstəyi öz üzərimizə götürməkdə əsas məqsədimiz Elm və Təhsil Nazirliyinə ictimai dəstək olmaqdır».

     Sonra gənc müəllifə uğurlar arzulayan Şeyda Əzizqızı bu cür tədbirlərin davamlı olmasının faydalılığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

     Tədbirin Azərbaycan Respublikasının Təhsil İnustutunun baş mütəxəssisi, pedoqogika üzrə fəlsəfə doktoru, dosent, Respublikanın əməkdar müəllimi, 1-9 siniflər üzrə texnologiya dərsliklərinin həmmüəllifi Natiq Axundov, Azərbaycan  Respublikasının Təhsil İnustutunun şöbə müdiri, pedoqogika elmlər doktoru, professor, 1-9 siniflər üzrə texnologiya dərsliklərinin həmnüəllifi Hümeyir Əhmədov, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Texnologiya kafedrasının müdiri Səadət Musayeva, Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedoqoji kollecinin texnologiya şöbəsinin müdiri Faiq Məmmədov, Şuşa 6 nömrəli məktəbin direktor müavini Ayşən Kazımova, İctimai iaşə və xidmət üzrə Bakı dövlət peşə təhsil mərkəzində ixtisasi fənn müəllimi, təlim mərkəzinin rəhbəri, «Təhsilin Humanistləşdirilməsi İctimai Birliyi»-nin rəhbəri Elxan Cəfərov  XXI əsr texnologiya əsrinin mahiyyətini, texnologiya fənnin əsas fənlərdən birinə çevrilməsinin önəmini, texnoliji  irəliləyişlərin, təkmilləşdirmələrin, gündəlik həyatın bir hissəsi olduğunu telm, təhsil, sənayə və s. kimi sahələrdə  müstəsna rolunu qeyd ediblər.

     Daha sonra Azərbaycan Dövlət Pedoqoji kollecinin məzunu, Şuşa 6 nömrəli tam orta məktəbin müəllimi, «Texnologiya 5555 və 10010 test toplusu»-nun həmmüəllifi, «Edu Company tədris mərkəzi»-nin texnologiya təlimçisi, «Universal tədris mərkəzi»-nin direktoru , «İlin müəllimi», «Peşəkar təlimçi», «İlin təlimçisi», «Fəal müəllim», «Trend of the year», «Günəş altın ödülləri» mükafatlarının laurüatı Diana Həsənova, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki kollecinin texnologiya ixtisası üzrə məzunu Əhməd Kərimli, Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedoqoji kollecinin müəllimi Gülanə Tahirova, Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki kollecinin texnologiya müəllimi, Bakı şəhər 251 nömrəli tam orta məktəbin müəllimi Mətanət Cəbrayılova çıxış ediblər. Gənc müəllif Diana Həsənova texnologiya dərslikləri və testlərinin cəmiyyətimizə, yeni Azərbaycan texnologiya əsrinə güclü təkan veriməsindən söz açıb: «Ərsəyə gətirdiyimiz  test toplusu, məhz texnologiya müəllimlərinin, eyni zamanda müəllimlərin işə qəbuluna və sertigikasiya imtahanına hazırlaşan namizədlərin istəkləri əsasında hazırlanıb. Bu test tapşırıqlarının köməyi ilə mübahisə yaradacaq bir çox mövzularda yaranmış narahatlıqlar öz dolğun həllini tapmış olacaq».

    Müəlliflər, layihə rəhbəri başda olmaqla əməyi keçən hər kəsə təşəkkür ediblər. Tədbirin ikinci yarısında «Green Start Academy»-nin həmtəsisçisi, redaktor Aysel Rəsulzadə, «Əbədi Birlik Gənclər İctimai Birliyi»-nin sədri Şahin Əliyev, Bakı şəhər 307 saylı tam orta məktəbin texnologiya müəllimi, kiçik akademiyanın mədəniyyət bölməsinin rəhbəri, «Texnologiya müəllimlərinin işə qəbulu» kitabının həmmüəllifi, şəhid bacısı Arzu Nəcəfova, Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedoqoji kollecinin məzunu, 135 saylı tam orta məktəbin texnologiya müəllimi, şəhid bacısı Aytən Məmmədova, Bakı şəhər 291 saylı ekologiya liseyinin dil-ədəbiyyat müəllimi, «Aran Media Group»-un təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladlarına dərs keçmiş müəllim heyəti, 2022 -ci il məzunlarından olan müəllimlərin işə qəbuldan  yüksək  nəticə göstərmiş müdavimlər çıxış ediblər.

     Tədbirin gedişatında incəsınət adamları -Azərbaycan Televiziya Muğam müsabiqəsinin qalibi və qrampri mükafatçısı Murad Laçınlı, gənc xanəndə, «Səs Azərbaycan» yarışmasının iştirakçısı Aysel  Əbilova, Türkdilli dövlətlər arasında «Xəmsə möcüzəsi» adlı müsabiqənin Respublika birincisi Rövşanə Əliyeva, vokalist, pedoqoq, beynəlxalq müsabiqələr laureatı Aysel Əlizadə çıxış ediblər.

    Sonda «Aran Media Group»-un direktoru Şeyda Əzizqızı tərəfindən «10010 test toplusu»nun müəllif və redoktor heyətinin mükafatlandırma mərasimi keçirilib, tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.

Şeyda Əzizqızı

«Aran Media Group»-un direktoru

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin