Estoniya İsraildən sursat alacaq

12

Estoniya ilk dəfə olaraq 100 milyon avroya İsrailin dövlət şirkəti olan “Israel Aerospace Industries” (IAI) şirkətindən sursat alacaq.

yasamal.tv xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Hanno Pevkur bildirib.

“Belə bir hücum potensialının olması, əlbəttə ki, Estoniyanın müdafiə qabiliyyətini xeyli artıracaq”, – o, ən bahalı sazişlərdən birinə çevrilmiş müqavilənin imzalanmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, yeni növ sursatın meydana çıxması Estoniyanın müdafiə qabiliyyətinin inkişafına kömək edəcək. Onlar uzaq məsafədən qapalı atəş mövqelərindən düşmənə hücum etməyə imkan verəcəklər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin