
Pakistanın Svat bölgəsində polis idarəsinin Terrora Qarşı Mübarizə Mərkəzinin sursat anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 50-dən çox şəxs yaralanıb.
yasamal.tv xəbər verir ki, bunu regional polis idarəsinin rəisi Əxtər Hayat bildirib.
Onun sözlərinə görə, elektrik naqillərində baş verən qısaqapanma nəticəsində partlayış və yanğın olub.
Rəis deyib ki, ölənlərin 10-nu antiterror bölməsinin əməkdaşıdır. Bundan başqa, bir qadın və uşaq, habelə binanın yaxınlığından keçən sakin ölüb.