Bakı metrosu sərnişindaşımanı 15 % artırıb

24

Bu ilin yanvar-mart aylarında “Bakı Metropoliteni” QSC 52 678 475 nəfər sərnişin daşıyıb.

yasamal.tv-ın məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7 012 833 nəfər və yaxud 15,4 % çoxdur.

Bu ilin ilk rübündə orta gündəlik sərnişindaşıma isə illik müqayisədə 78 253nəfər yaxud 15,4 % artaraq 585 316 nəfərə çatıb.

Pandemiyadan öncəki dövrlə yəni 2019-cu illə müqayisədə rüblük sərnişindaşıma 2 655 747 nəfər yaxud 4,8 % azalıb. Eyni dövrlə müqayisədə gündəlik orta sərnişindaşıma da32 842 nəfər və yaxud 5,3 % azalıb.