
İran nömrəli yük maşını Türkiyənin Hakkarı bölgəsində ağır qəzaya səbəb olub.
yasamal.tv xəbər verir ki, yük maşını əvvəlcə mikroavtobusla toqquşub, daha sonra onun qoşqusu avtobusa çırpılıb.
Qəza nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Hadisə yerinə xilasetmə qrupları və təcili yardım maşınları göndərilib. Yaralıların xəstəxanaya aparıldığı bildirilir.