
“Android” əməliyyat sistemi ilə işləyən telefonlarda “WhatsApp” messenceri üçün yeni funksiya istifadəyə verilib.
yasamal.tv xəbər verir ki, artıq istifadəçilər messencerdəki bir hesabı eyni zamanda bir neçə smartfondan idarə edə biləcək.
“Android” istifadəçiləri “WhatsApp”ın 2.23.8.2 və daha yüksək versiyalarını endirərək funksiyadan istifadə edə bilər. Bunun üçün istifadəçi ikinci smartfonda nömrənin qeydiyyatı hissəsində ekranın sağ yuxarı küncündə üç nöqtəyə toxunmalı və “mövcud hesabları əlaqələndirmək” bəndini seçməlidir.
Qeyd edək ki, yeni funksiya hələlik yalnız “Android” istifadəçiləri üçün əlçatandır.