
Azərbaycan teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.
yasamal.tv xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.
Belə ki, forum 10-11 aprel tarixlərindən 11-12 aprel tarixlərinə keçirilib.
Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.