Modriç Ronaldu ilə Mourinyunun davasından danışdı

13
“Real”ın yarımmüdafiəçisi Luka Modriç Joze Mourinyu və Kriştianu Ronaldu arasındakı münaqişədən bəhs edib.
 
Fanat.Az xəbər verir ki, xorvat futbolçu “My Game” adlanan bioqrafiyasında bu barədə yazıb:

 

“Mourinyunun reaksiyası məni təəccübləndirmişdi. İspaniya Kuboku çərçivəsində keçirilən bir oyun idi, hesabda 2:0 öndə idik. Ronaldu aut zamanı oyunçusunu tutmadı və Joze ona əsəbiləşdi. Meydanda ikili arasında söz atışması oldu. Fasilədə paltardəyişmə otağına yollandıq. Ronaldunun məyus olduğunu gördüm. Az qala ağlayacaqdı. Kriştianu dedi: “Əlimdən gələnin ən yaxşısını ortaya qoyuram, amma o, yenə də məni tənqid edir”.
Sonra Joze paltardəyişmə otağına gəldi və Ronaldunu yenə tənqid etməyə başladı. Gərginlik artdı, az qala dalaşacaqdılar. Yalnız oyunçuların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün oldu”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin