Ev almaq üçün qonşu ölkələrə üz tutanların sayı artır

17

“Mənzil sahibi olmaq istəyənlər region ölkələrinə daha çox axın edirlər”.

yasamal.tv Bugun.tv-ə istinadən bildirir ki, bunu əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, istər Türkiyə olsun, istər Gürcüstan və ya Rusiya, insanlar gedib bu ölkələrdən əmlak alırlar. “Ötən il Türkiyə demək olar ki, dünya rekordu oldu. Onminlərlə əmlak sırf xarici vətəndaşlar tərəfindən alındı. Amma ölkəmizdə çıxarış əmlak problemi olduğuna görə artıq nəinki xarici, yerli vətəndaşlarda da bu sahəyə maraq azalıb. Başqa bir tərəfdən biz ötən ilə baxsaq görərik ki, satılan daşınmaz əmlakların 60%-dən yuxarısı kredit, ipoteka yolları ilə alınıb. Çünki hər hansısa bir əmlakın bank kreditlə satılması üçün mütləq şəkildə onun çıxarışı olmalıdır”.

Ekspert E.Fərzəliyev deyir ki, bu gün bina evlərinin çıxarışlarının olması ciddi qiymət artımına şərait yaradır. Ancaq bu da bir realıqdır ki, vətəndaşların hamısının binadan ev almaq istəyi əlçatan deyil”,- ekspert əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin