Eskişehir Azərbaycanlılar Dərnəyinin hər həftə tərtib etdiyi Çərşənbə söhbətlərində bu həftə 31 Mart Soyqırımı mövzusunda toplantı keçirildi.
yasamal.tv xəbər verir ki, toplantıda Eskişehir Azərbaycanlılar Dərnəyinin koordinatoru Cavid Əmirov 1918-ci ildə yaşanmış olan Soyqırım haqqında geniş məlumatlar verdi. Cavid bəy çıxışında 1918-ci ilin 30 mart və 2 aprel tarixləri arasında Bakıda və Azərbaycan’ın bir çox bölgəsində Bolşeviklərlə ermənilərin birlikdə törətdiyi qanlı qətliamlardan bəhs etdi. Xüsusilə Bakı’da 30 Mart günü Bolşeviklərin erməni əsilli komissarı Stepan Şaumyanın göstərişiylə Azərbaycanlılara qarşı başladılan soyqırım nəticəsində 15 mindən çox insanın vəhşicəsinə öldürüldüyünü daha sonra bu qətliamların Quba, Şamaxı , Ucar və Qarabağ’da davam etdiyini vurğuladı. Bolşevik və erməni birliklərinin xüsusilə acımasızca törətdikləri qətliamlarla Azərbaycan Türklərinin və Bakının müsəlman əhalisinin iradəsini qırmaq, milli düşüncədə olan insanları bolşevizm yalanlarına inandırmaq ən böyük məqsədləri olduğunu ifadə etti. Toplantının sonunda Cavid Əmirov dinləyicilərin suallarını cavablayaraq çıxışını bitirdi. Toplantıda Dərnək üzvləri , azərbaycanlı tələbələr ve türkiyəli soydaşlarımız iştirak etdiler.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İman İmanlı