“Bakı Fond Birjası”nın dövriyyəsi 38% azalıb

11

Bu ilin yanvar-may aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 844 milyon manat təşkil edib.

“Finans.az” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azdır.

Ötən 5 ayda bağlanmış əqdlərin sayı isə 11,3% azalaraq 1 762 olub.

BFB-nin dövriyyəsinin 57,75%-i, yaxud 2 220 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,5% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 5,4 dəfə artaraq 955 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 2,2 dəfə artaraq 669 milyon manat olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin