Ev alan vətəndaş nəyə diqqət etməlidir? – Şərh

20

“Mərkəzi Rieltor Bürosu” nun əməkdaşı Tural Süleymanov yazır…

Rieltor sözü dünyanın müxtəlif ölkələrində fərqli terminlərlə əvəzlənir. Əmlakçı,  broker, vasitəçi, realtor, makler və sair.

Rieltor daşınmaz əmlakların satışı və kirayəsi  zamanı təkcə alıcı və satıcı  arasında vasitəçi rolunu oynamır. Daşınmaz əmlakın alqı-satqı prosesi ciddi bir əməliyyatdır və bunun icrası  üçün Rieltorun peşəkar və təcrübəli olması prosesi müxtəlif risklərdən azad edir. Əksər insanların həyatında mənzil alışı və yaxud satışı nadir hallarda baş verdiyi üçün onlar prosesin ardıcıllığından və prosedur qaydalarından məlumatsız olurlar. Bu səbəbdən də onların müxtəlif zaman itkisi və risklərlə üzləşmələri qaçılmaz olur.  Buna görə də peşəkar Rieltorlara müraciət etmək hər iki tərəfin işini asanlaşdırmaqla bərabər, həmçinin onları gələcəkdə üzləşə biləcəkləri problemlərdən azad edir.

Peşəkar Rieltor bu sahənin iqtisadi və hüquqi tərəflərini mükəmməl bilməli, satılan əmlakları real bazar dəyəri ilə qiymətləndirməli, satışa çıxan əmlakların yerləşdiyi ərazi ilə bağlı bazar araşdırması aparmalı, tələb olunan sənədləri toplamaqda sifarişçiyə kömək etməli, çəkiləcək xərclərlə bağlı əvvəlcədən məlumat verməli və məxfiliyi qorumağı bacarmalıdır.

Satıcı hər hansısa bir daşınmaz əmlakı satışa çıxararkən Rieltora müraciət edən zaman əmlakla bağlı tam dolğun məlumat verməli, əmlakın sənədləri ilə tanış etməli, əmlaka baxış keçirmək, şəkil və video çəkiliş  üçün şərait yaratmalı, Rieltorla müqavilə bağlamalı, həmin əmlakı elan saytlarına yerləşdirmək ücün icazə verməlidir.

Bu gün ölkəmizdə daşınmaz əmlakların satış reklamlarını həyata keçirən cox sayda elan saytları mövcuddur. Alıcılar əmlak alarkən daha çox bu cür saytlarda mənzil axtarışı edirlər. Elan verənlərdən əmlak sahibləri, Rieltorlar, tikinti şirkətləri olmaqla bərabər həmçinin bəzi fırıldaqçılar da bu cür saytlarda ucuz əmlak elanları yerləşdirməklə sadə insanlarda maraq oyadaraq onları öz qurbanlarına çevirməyə çalışırlar. Bu gün ölkəmizdə daşınmaz əmlak alıcıları arasında minlərlə zərərçəkmiş şəxslər var ki, onlar da bu cür ucuz elanlara aldanaraq fırıldaqçıların toruna düşüblər.

O baxımdan hər hansısa bir daşınmaz əmlak alarkən alıcıların peşəkar Rieltorlara müraciət etməsi, onları gələcəkdə bu cür fırıldaqçıların qurbanına çevrilməsindən qoruya bilər. Həmçinin peşəkar Rieltor qısa zaman ərzində alıcıların istəyinə və büdcəsinə uyğun, sənədləri tam qaydasında olan əmlakı tapmaqda köməklik göstərə bilər.

Unutmayaq ki, hər bir əmlak yatırılmış bir kapitaldır. Daim aktiv olan kapitala sahib olmanız üçün peşəkarların tövsiyələrindən yararlanın.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin