Deputatlar, biz prezidentə niyə inanırıq?

12

Yüz minlərlə ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ ümidlə saxlayan ailələr adından Deputatlardan və mediya rəhbərlərindən XAHİŞ EDİRİK bizə kömək edin.

ƏZİZ DEPUTATLAR BİZİM MƏKTUBLAR CƏNAB PREZİDENTDƏN GİZLƏDİLİR. Sizdən çox xahiş edirik ki, məktubu öz adınızdan göndərib cavab almağa kömək edəsiniz. İnanırıq ki, yüz minlərlə ailənin haqqını bərpa etmək üçün öz vəzifə borcunuzu ləyaqətlə yerinə yetirəcəksiniz.

ƏZİZ BACI VƏ QARDAŞLAR xahiş edirik, MÜRACİƏTİN CƏNAB PREZİDENTƏ ÇATMASI və tarixi ədalətin bərpası ÜÇÜN RƏYDƏ YAZIN, BƏYƏNİN VƏ PAYLAŞIN.

20 000$ kompensasiya almaq üçün “ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ” qrupuna ÜZV OLUN:

https://www.facebook.com/groups/668471343515846

Cənab Prezident!

Özəlləşdirmə çeklərini ümüdlə saxlayan 10 minlərlə Ailələr və öz Ailəm adından əvvəlcədən Sizdən çox xahiş edirik ki, bizim müraciətimizə baxılması üçün Əmlak Komitəsinə göndərməyəsiniz.

Çünki bu problem Konstitusiyanın pozulması ilə yaranmış hüquqi problemdir və hakimiyyətdəki bəzi hüquqşünasların səhvləri nəticəsində Konstitusiya və Qanunların pozulması ilə dövlətçiliyimizə qarşı cinayətdir.

XAHİŞ EDİRİK Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasına göstəriş verəsiniz.

Cünki Konstitusiya hüququ və mülki hüquq üzrə Konstitusiya Məhkəməsinin ekspertləri, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin çoxsaylı hüquqşünas alimlərinin 2022-ci ildə özəlləşdirmə çekləri barədə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi üzə çıxardığı və Prezidentin Tabeliyində Dövlət Ali Attestasiya Komissiyasının nəzarətində olan “QANUN” jurnalında çap etdirdikləri 4 məqalədə təsdiq olunmuş  bu HÜQUQİ SƏHVLƏR məmurlar tərəfindən Sizdən gizlədilir.

Bütün HÜQUQİ FAKTLAR bu Linkdədir :

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/

Biz tam inanırıq ki, Siz bu hüquqi səhvlərdən məlumatlı olsanız tarixi sosial-ədalət o gün də bərpa olar!

Cənab Prezident!

“Legalaz” MMC hüquq fimrasının özəlləşdirmə çeklərini satmayan ailələr adından Sizə göndərdiyi və Prezident Administrasiyasında 11 avqust 2018-ci il tarixdə 16226 qeydiyyat nömrəli şikayət məktubuna cavab olaraq Dövlət Əmlak Komitəsi məmurları CİNAYƏT edərək bir emitent kimi SİZİN 2004-cü ildə verdiyiniz 11 iyun 75 nömrəli Fərmanın 1.2 bəndi ilə “Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıb” və adi kağız parçası olduğunu yazmışdır.

Konstitusiya və qanunlara zidd olaraq kompensasiya ödənilmədən fərmanla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması cinayət tərkibli cox kobud hüquqi səhvdir.

Cənab Prezident!

Məmurların Konstitusiya və Qanunların pozulması ilə dövlətçiliyimizə ZİDD olan hüquqi səhvlərin və düzgün məlumatların Sizdən gizlətməsi faktı, Sizin və ailənizin şərəf və ləyaqətini ləkələmək istəyənlərin əməlidir. Dövlətçiliyimizə və Sizə qarşı təxribatdır!

Çünki bu, sizin atanız Ulu Öndər Heydər Əliyevin xalqa vədidir!

Çünki bu  bizim və övladlarımızın  Miras Əmlak Payıdır . Babalarımızın və atalarımızın qanı-canı, malı bahasına qurulmuş  dövlətdən Qanunla verilmiş Miras mülkiyyət payıdır !

Çünki bizim Miras Əmlak Payımız və mülkiyyət hüququmuzu təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri Ulu Öndər Heydər Əliyev tərəfindən Qanunla verilib və Fərmanla kompensasiya ödənilmədən dövriyyədən çıxarılması korrupsiya cinayətidir!

Çünki Siz demokratik ölkənin rəhbərisiniz!

Çünki bu səhvlər nəticəsində Ulu Öndərin imzaladığı Konstitusiya və Qanunlar kobud şəkildə pozulub!

Çünki beynəlxalq hüquq və insan haqları pozulub!

Çünki haqq-ədalət , “Quran” ayələri pozulub. Siz haram və halallıq bilən müsəlmansınız!

 Çünki Siz adət və ənənələrimizi bilən, mənəviyyatımızı gözləyən qeyrətli bir kişisiniz!

  Çünki faşist erməni düşmənləri üzərində qələbə çalan Müzəffər Ali Baş Komandan kimi sizin daxildəki xalq düşmənləri üzərində də qələbə çalacağınıza inanırıq!

Sizdən çox xahiş edirik ki, tarixi ədaləti bərpa edəsiniz.

Ulu Öndər Heydər Əliyevin qanunla xalqa vəd

etdiyi halal miras əmlak payımıza – haqqımıza və hüququmuza atanızın 100 illik yubileyinə qədər sahib olmağımıza şərait yaradıb bizi sevindirəsiniz.

Bildiyiniz kimi, heç bir fərman Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunları poza bilməz!

Cənab Prezident!

Çox xahiş edirik ki, bir sualımıza cavab verəsiniz.

Qanunla bu gün dövriyyədə olan, ancaq Konstitusiya və qanunlara zidd olaraq kompensasiya ödənmədən fərmanla tədavülü başa çatmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvalentinin nominal qiyməti qoyularaq yenidən tədavülə qaytarılması və ya kompensasiya edilməsi nə vaxt olacaq?

Dostlar, bu müraciəti [email protected] E-mailinə göndərin,  müraciəti oxuyub FB-da və “Youtube”da paylaşın.

ALLAH HAQQINI TƏLƏB EDƏNLƏRİ SEVİR. EL GÜCÜ SEL GÜCÜ. TEZLİKLƏ BİZİM SƏSİMİZ CƏNAB PREZİDENTƏ ÇATACAQ VƏ TARİXİ ƏDALƏT BƏRPA OLACAQ.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin