Əkrəm İmamoğlu Türkiyə prezidentliyinə namizəd olmayacaq

12

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair şayiələrə münasibət bildirib.

yasamal.tv xəbər verir ki, Əkrəm İmamoğlu çıxışında bildirib ki, onun prezidentliyə namizədliyi məsələsi gündəmdə deyil və heç vaxt da olmayıb.

52 yaşlı siyasətçi bəyan edib ki, onun namizədi Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəridir.

“Əkrəm İmamoğlunun namizədliyi deyə bir şey yoxdur. Bütün CHP-lilərin namizədi sədridir. Mənim namizədim də partiya sədridir”, – İmamoğlu məsələni şərh edərkən deyib.

Qeyd edək ki, CHP-nin də daxil olduğu “Altılı masa” adlı müxalif koalisiya martın 6-da vahid namizədin adını açıqlayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin