Qanunsuz ov edən əcnəbilər cəzalandırıldı

14

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

yasamal.tv xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib: “Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin