Fanatlar ulduz futbolçunun formasını yandırdılar

20

“Sion”un İsveçrə Super Liqasının XXII turunda evdə “Sant-Qallen”ə məğlubiyyəti (0:4) komandanın azarkeşlərinin ciddi etirazına səbəb olub.

yasamal.tv xəbər verir ki, fanatlar xüsusilə hücumçu Mario Balotellidən narazı qalıblar. İtalyan hücumçu 70-ci dəqiqədə əvəzlənərkən azarkeşlər onu fitə basıblar. Ancaq onlar bununla da kifayətlənməyiblər. Fanatlar ulduz oyunçunun formasını yandırıblar və “Ya bu forma üçün döyüş, ya da get” şüarı səsləndiriblər.

Karyerası ərzində “İnter”, “Milan”, “Liverpul” kimi klubların formasını geyinmiş Balotelli keçən ilin yayında Türkiyə “Adana Demirspor”unu “Sion”a dəyişib. O, bu komandanın heyətində 12 matçda 5 qol vurub.

Əlavə edək ki, “Sion” 11 oyundur, qələbə qazana bilmir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin