WhatsApp-da “yoxa çıxan mesajlar” yox olmayacaq

27

Meta şirkətinə məxsus mesajlaşma platforması “WhatsApp”ın iOS və Android beta versiyalarında mesajların itməsinin qarşısını alacaq yeni funksiya sınaqdan keçirilib.

yasamal.tv xəbər verir ki, WABetaInfo tərəfindən qeyd edilən bu xüsusiyyət PlayStore və TestFlight-ın ən son beta versiyalarında görülüb və bəzi beta istifadəçiləri tərəfindən sınaqdan keçirilib. Yeni funksiya ilə beta testçiləri artıq “Saxla” seçimindən istifadə edərək itirilmiş mesajları müddəti bitməmiş saxlaya bilərlər.

Saxlanılan mesajlar əlfəcin işarəsi ilə işarələnəcək və “saxlanılan mesajlar” bölməsində qeyd olunacaq.

İstifadəçilər “saxlamanı dayandır” seçimindən istifadə edərək yadda saxladıqları “yoxa çıxan mesajları” silə biləcəklər.

Lakin qrup çatlarında bu səlahiyyət yalnız qrup administratorları üçün olacaq. Bu funksiyanın bütün WhatsApp istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələlik bəlli deyil.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin