ABŞ ötən ilin yanvarından 2023-cü ilin yanvarına qədər Ukraynaya 75,5 milyard dollar yardım ayırıb.
yasamal.tv xəbər verir ki, bu barədə məlumatı “The Hill” qəzeti yayıb.
Məlumata görə, bu məbləğin 29,3 milyard dolları hərbi yardım üçün ayrılıb.
Vaşinqton Ukraynanın ümumi təhlükəsizliyinin təmin edilməsi, ölkənin iqtisadiyyatının, enerji təhlükəsizliyinin və müharibə nəticəsində yaranan humanitar böhranın öhdəsindən gəlmək bacarığının bərpa edilməsi üçün 45 milyard dollar xərcləyib.
Eyni zamanda ABŞ Ukraynaya 1,9 milyard dollar dəyərində humanitar yardım göstərib.