“Həyatımın Aylı hissəsi xəstələndiyim anlar oldu, ancaq yatırdım. Günəşli hissəsi isə musiqiyə həsr etdiyim illərimdir. Hər zaman istəmişəm həyatımda özüm kimi dostum olsun. Var da…”.
Millitirbuna.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “Həmin Zaur” verilişində deyib. Bir müddət əvvəl xərçəngdən müalicə alan xanəndə qızından danışıb:
“Ölüm anı yaxınlaşanda qorxdum ki, mən tək olmuşam. Övladım da o yaşda tək qalmasın. Həyatda bütün gözəlliklərimi – gözəl hisslərimi, yaşımı, cavanlığımı, sağlamlığımı sənətə qurban verdim. İncəsənət qurban tələb edir”.
Qeyd edək ki, A.Bəylərin 13 yaşında Canan adlı qız övladı var.