Xocalıda yol qəzası: xəsarət alanlar var

14

Xocalı rayonunda yol qəzası olub, xəsarət alanlar var.

yasamal.tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Qılman Rəhimovun idarə “Mercedes” markalı beton tökən avtomobil idarəetməni itirərək yol kənarındakı beton səthə çırpılıb, daha sonra aşıb.

Hadisə nəticəsində sürücü və sərnişin, Tovuz rayon sakini, 1994-cü il təvəllüdlü Şinasin Niyazov müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib, ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin