Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilir.
yasamal.tv xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Bildirilir ki,təkbətək görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək, ardınca nazirlər bəyanatlarla çıxış edəcəklər.
Görüşlərdən sonra Mirzoyan Adıyamana gedəcək və buradakı erməni xilasedicilərlə görüşəcək.