Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini uzatdı

9

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb.

Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qərara əsasən 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.(teleqraf.com)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin