Moldova hava məkanını bağladı

12

Moldova hökuməti müvəqqəti olaraq ölkənin hava məkanını bağlayıb.

yasamal.tv xəbər verir ki, bu barədə məlumatı “Air Moldova” aviaşirkəti açıqlayıb.

“Hazırda Moldovanın hava məkanı bağlıdır, reyslərin bərpa edilməsini gözləyirik”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, Moldova mediasının daha əvvəl yaydığı məlumata görə, aviaşirkətlərə respublikanın hava məkanında kəşfiyyat xarakterli uçan obyektin aşkar edilməsi ilə bağlı xəbərdarlıq edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin