2022-ci ildə ən çox qazanan məşhurlar – Siyahı

12

“Forbes” nəşri 2022-ci ildə ən çox qazanan şou-biznes nümayəndələrinin reytinqini dərc edib.

yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, siyahıya “Avatar”ın rejissoru Ceyms Kemeron, müğənnilər Stinq, Teylor Svift, “Rolling Stones” və Bred Pitt kimi adlar daxildir.

Siyahıdakı yeganə qadın 92 milyon dollar qazancla Teylor Svift olub. Birinci yerdə Britaniya rok qrupu “Genesis” yer alıb. İfaçılar 2022-ci ildə 230 milyon dollar qazanıblar. Dünyaca məşhur müğənni Stinq (210 milyon dollar) və amerikalı aktyor Tayler Perri (175 milyon dollar) ikinci və üçüncü yerləri tutublar.

Nəşrin məlumatına görə, rejissor Ceyms Kemeron “Avatar: Su yolu” filminin açılış kassasından 95 milyon dollar, Bred Pitt isə “Plan B” prodüser şirkətinin əksəriyyətinin satışından 100 milyon dollar qazanıb. Siyahıda həmçinin aktyor Dueyn Conson, reper Kanye Uest də var.

Ən çox qazanan 10 məşhurun siyahısı isə belədir:

1. “Genesis” qrupu – 230 milyon dollar
2. Müğənni Stinq – 210 milyon dollar
3. Aktyor Tayler Perri – 175 milyon dollar
4. “South Park” yaradıcıları Trey Parker və Mett Stoun – 160 milyon dollar
5. “Simpsonlar” yaradıcıları Ceyms Bruks və Mett Qreyninq – 105 milyon dollar
6. Aktyor Bred Pitt – 100 milyon dollar
7. “The Rolling Stones” – 98 milyon dollar
8. Rejissor Ceyms Kemeron – 95 milyon dollar
9. Müğənni Teylor Svift – 92 milyon dollar
10. Repper Bad Bunny – 88 milyon dollar

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin