Türkiyəli müğənni Haluk Levent məşhurların zəlzələ qurbanlarına etdiyi yardımlarla bağlı növbəti paylaşımı yayıb.
yasamal.tv axşam.az-a istinadən xəbər verir ki, ifaçı aktyor Kıvanç Tatlıtuğun daha bir ianə etdiyini bildirib. Kıvanç zərərçəkmişlər üçün başladılan kampaniya çərçivəsində daha 950 min lirə bağışlayıb.
Qeyd edək ki, daha əvvəl 200 min lirə maddi yardım edən aktyor həmkarları ilə birgə yardım kampaniyasında da çalışır.