Qobustan xəstəxanasında 7 yaşlı uşaq ölüb

11

Qobustan Rayon Mərkəzi Xəstəxanasında 7 yaşlı uşağın əməliyyatdan öncə ölümü ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.

yasamal.tv xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti “Report”un sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

Qeyd edilib ki, fevralın 13-də 2016-cı il təvəllüdlü Yağmur Məmmədovanın Qobustan Rayon Mərkəzi xəstəxanasında cərrahi əməliyyatdan öncə ölməsi faktı ilə bağlı Qobustan Rayon Prokurorluğunda araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin