Bakının sülhməramlılarla bağlı tənqidi mövqeyi məlumdur – Zaxarova

11

“Əgər bu bəyanat Avropa İttifaqının regiona cəlb olunmasına haqq qazandırmaq cəhdidirsə, bunu uğurlu saymaq olmaz”.

yasamal.tv xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-nin yeni missiyası ilə bağlı sözlərini şərh edərkən deyib.

“Qarabağda və Ermənistan-Azərbaycan sərhəddində sülh Rusiya sülhməramlıları tərəfindən təmin edilir. Rusiya tərəfi heç vaxt Bakıdan bununla bağlı narahatlıq eşitməyib, üstəlik, Azərbaycanın bu məsələdə tənqidi mövqeyi məlumdur. Brüsseldə məqsəd regionda təhlükəsizlik sistemini dəyişməkdir, burada əsas məsələ Rusiya hərbçilərinin mövcudluğu və Ermənistanın KTMT-yə üzv olmasıdır. İnanmaq istərdim ki, İrəvan bunu başa düşür və nəzərə alır”, – deyə XİN rəsmisi bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin