İranda daha 3 117 nəfərdə koronavirus aşkarlanıb, bununla da infeksiyaya yoluxanların sayı 157 562-yə çatıb.
yasamal.tv virtualaz.org-a istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat yayıb.
Onun sözlərinə görə, ölkədə mülaicə alan daha 64 nəfər ölüb və pandemiya qurbanlarının sayı 7 942 nəfərə yüksəlib.
İndiyədək 123 077 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Hazırda müalicə alan 2565 pasiyentin vəziyyəti ağırdır.