İran ordusu fevralın 7-də “Asif” adlı yeni uzaqmənzilli raketini nümayiş etdirib.
yasamal.tv xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“… Bu raket yüksək dağıdıcı və partlayıcı gücə malik, ağır istehkamlara nüfuz edə bilən döyüş başlığıdır”, – məlumatda deyilir.
“Asif” raketləri İranın Su-24 qırıcılarına quraşdırılacaq.
Qeyd edək ki, fevralın 7-də İranda böyük yeraltı hava qüvvələri bazası istifadəyə verilib. O, uzaq mənzilli qanadlı raketləri olan təyyarələr üçün nəzərdə tutulub. Təyyarələr xeyli dərinlikdəki tunellərdədir və obyektin özü dağlıq ərazidə yerləşir.
Açılışda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri və İran Quru Qoşunlarının Komandanı, general-mayor Əbdülrəhim Musəvi iştirak edib.
Qeyd olunur ki, “Qartal-44” adlanan yeraltı baza ölkənin Hərbi Hava Qüvvələrinin bütün növ qırıcı və bombardmançı təyyarələrini qəbul etmək və onlara xidmət göstərmək qabiliyyətinə malikdir.